Birgə sahibkarlıq fəaliyyətinin ƏDV qeydiyyatına alınması

2019.02.27 16:59 (UTC+04:00)

Vergi Məcəlləsinin yeni redaksiyada təqdim edilmiş 154.5-ci və 155.3-cü maddələri nəzərə alınmaqla, 3 (üç) şəxsdən ibarət birgə sahibkarlıq fəaliyyətində bu fəaliyyətin uçotunu aparan şəxsdən başqa, digər şəxslər də ƏDV qeydiyyatına alınmaq üçün müraciət etməlidirlərmi?

Vergi Məcəlləsinin 154.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. "Ayrıca şəxs" dedikdə, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur.

Qeyd olunanlara əsasən, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs qeydiyyata alınmaq üçün ərizə verməyə borclu olduğundan, digər iştirakçıların birgə sahibkarlıq məqsədləri üçün ƏDV qeydiyyatına alınmaq zərurəti yaranmır.

Əsas: Vergi Məcəlləsi, 154.5-ci maddə