"Google News" Avropa İttifaqında fəaliyyətini dayandıra bilər

2018.11.30 13:29 (UTC+04:00)

Xəbər aqreqatoru olan "Google News" şirkətinin vitse-prezidenti Riçard Qinqras bildirmişdir ki, əgər "istinad üçün vergi" tətbiq olunması barədə qərar qəbul edilsə, təmsil etdiyi xid­mətin Avropa İttifaqı ərazisində bağlanması istisna olunmur: "Xidmətin bağlanması heç də arzuolunan deyil. "Google News" reklam vermir. Bu, "Google" üçün gəlir gətirən məhsul deyil və belə düşünürük ki, cəmiyyət üçün faydalı xidmətdir". Bundan əvvəl Avropa Parlamentinin qanunvericilik komitəsinin qəbul etdiyi layihəyə görə, internet xidmətləri bədii və informasiya məzmunlu materiallardan istifadə üçün müəlliflərə lisenziya yığımı ödəməlidirlər.