Keçən il Rusiyanın icmal büdcəsinə 2019-cu illə müqayisədə 21,01 trilyon rubl və ya 7,6 faiz az vergi daxil olub. Rusiya Federasiyasının Federal Vergi Xidmətinin məlumatına əsasən, 2020-ci ildə federal büdcəyə vergi yığımındakı azalma 12,9 faiz, subyektlərin icmal büdcələrinə vergi yığımındakı azalma isə 0,9 faiz olub.
İl ərzində əlavə dəyər vergisinin yığımında 0,3 faiz artım olub, mənfəət vergisi 11,6 faiz azalıb, fiziki şəxslərin gəlir vergisi isə 7,5 faiz artıb. Büdcədənkənar dövlət fondlarına 2020-ci ildə əvvəlki illə müqayisədə 2,3 faiz artıq vəsait daxil olub. Məcmu vergi borcunun həcmi isə dəyişməyib və gəlirin 6,5 faizi qədər olub.