Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara fərdi məsləhət xidmətləri göstərilir

2021.02.20 16:54 (UTC+04:00)

Abşeron iqtisadi rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və mövcud biznesini bitkiçilik istiqamətində genişləndirmək istəyən sahibkar Süleyman Süleymanova Sumqayıt KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən fərdi məsləhət xidməti göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, mərkəzin eksperti tərəfindən bitkiçilik üçün nəzərdə tutulan əraziyə baxış keçirilib, həmin ərazinin su təminatı, torpağın strukturu müəyyən edilib. Bu ərazidə bitkiçiliyin hansı növü ilə məşğul olmağın daha səmərəli olacağı və digər zəruri məlumatlar KOB subyektinin diqqətinə çatdırılıb, sahibkarı maraqlandıran suallar mütəxəssis tərəfindən cavablandırılıb.
Zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Sumqayıt KOB İnkişafı Mərkəzi tərəfindən ödənişsiz olaraq informasiya, məsləhət, təlim və digər xidmətlər göstəriləcək.