2020-ci ildə pərakəndə ticarət dövriyyəsi Bakı və Abşeron üzrə artıb

2021.02.19 17:30 (UTC+04:00)

2019-cu illə müqayisədə ötən il pərakəndə ticarət dövriyyəsi real ifadədə Bakı şəhəri üzrə 0,5 faiz, Abşeron iqtisadi rayonu üzrə 0,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, keçən il pərakəndə ticarət dövriyyəsi Naxçıvan Muxtar Respublikası üzrə 0,2 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,2 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2,8 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 3,5 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 3,6 faiz, Aran iqtisadi rayonu üzrə 4,4 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 5,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 6,5 faiz azalıb.