Türkiyə ilə Preferensial Ticarət Sazişi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək

2021.02.19 17:25 (UTC+04:00)

Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu, həmçinin bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - idxal rüsumu ödənilmədən ixracına imkan yaradacaq.