Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Türkiyə konfederasiyası ilə əməkdaşlıq edəcək

2021.02.19 16:39 (UTC+04:00)

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Türkiyənin “Uluslararası Yatırım ve İş Dünyası Konfederasyonu” (ULUSKON) ilə yeni birgə əməkdaşlığa imza atıb.

AQSİA-dan bildirilib ki, fevralın 18-də Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda iki qurum arasında memorandum imzalanıb. Sənəd iki təşkilat arasında atılan ilk əməkdaşlıq addımıdır. Bundan əlavə, yaxın gələcəkdə hər iki ölkənin biznes təşkilatları ölkələrarası iqtisadi əlaqələrin inkişafına töhfə verəcək yeni layihələr üzərində əməkdaşlıq qurmağı planlaşdırır.

Eyni zamanda, AQSİA Türkiyədə fəaliyyət göstərən “Bakü Örme Kumaş Sanaye ve Ticaret LTD” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.