2020-ci ildə Mərkəzi Bankın 7 milyard 190 milyon manat dəyərində notları, 2 milyard 925 milyon manat dəyərində dövlət istiqrazları, 1 milyard 291,2 milyon manat dəyərində korporativ istiqrazları, 765,5 milyon manat dəyərində səhmləri dövlət qeydiyyatına alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, il ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 6 milyard 447,3 milyon manatlıq notları, 1 milyard 163,2 milyon manatlıq dövlət istiqrazları, 1 milyard 70,2 milyon manatlıq korporativ istiqrazları və 365,4 milyon manatlıq səhmləri yerləşdirilib.
Keçən il nominal dəyəri 1 milyard 703,3 milyon manat olan korporativ istiqrazları, Mərkəzi Bankın 491,4 milyon manatlıq
notları, 520,9 milyon manatlıq dövlət istiqrazları və 217,6 milyon manatlıq səhmləri tədavüldə olub.