2021-ci ilin yanvar ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 73,5 faizi sənaye, 13,2 faizi isə tikinti sahəsinə yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövrdə ümumi vəsaitin 5,2 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi informasiya və rabitə, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,2 faiz olmaqla təhsil, maliyyə və sığorta fəaliyyəti, 0,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.