Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, məlumatlarına ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 11,8 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 53,4 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 93,6 faiz artıb.
Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 96,4 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 50 faiz azalıb, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 24,4 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 59,1 faiz çoxalıb.