Metallurgiya sənayesində 56,1 milyon manatlıq məhsul istehsal edilib

2021.02.19 11:25 (UTC+04:00)

Cari ilin yanvarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 56,1 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ay ərzində metallurgiya sənayesində 8,1 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 24,9 faiz azalma müşahidə edilib.

Yanvar ayında sahə üzrə 2 min 511,5 ton qara metallardan digər konstruksiyalar istehsal olunub.