Azərbaycanın İstanbuldakı baş konsulluğunda yaxın gələcəkdə ticarət nümayəndəliyi yaradılacaq

2021.02.18 20:03 (UTC+04:00)

Azərbaycanın İstanbuldakı baş konsulluğunda yaxın gələcəkdə ticarət nümayəndəliyi yaradılacaq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu, Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.