Ötən il 62 depozit, 46 not hərracı keçirilib

2021.02.18 18:45 (UTC+04:00)

2020-ci ildə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 62 depozit hərracı keçirib.

Bu barədə bankın "Pul siyasəti icmalı"nda deyilir. Bildirilir ki, 2020-ci ilin sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 300 milyon manat təşkil edib. Depozit əməliyyatları ilə yanaşı, Mərkəzi Bank 2020-ci ildə 46 not hərracı keçirib. Bu hərracların 7-də uzunmüddətli (84 günlük, 168 günlük, 252 günlük) notlar, digər 39-da isə 28 günlük notlar yerləşdirilib. Ümumilikdə, ilin sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 650 milyon manat təşkil edib.