Dəniz limanlarında 766 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

2021.02.18 17:07 (UTC+04:00)

Yanvarda dəniz limanlarında 766 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 753,3 min tonunu və ya 98,3 faizini tranzit yüklər təşkil edib. Fevralın 1-nə limanlarda qalan yüklərin həcmi 19,7 min ton olub.

Ötən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq ayına nisbətən 27,8 faiz azalaraq 1,3 min nəfər təşkil edib.