Tikinti materiallarının istehsalı 21,2 faiz artıb

2021.02.18 16:18 (UTC+04:00)

Bu ilin yanvarında tikinti materiallarının istehsalının ümumi dəyəri 41,6 milyon manat olmaqla, ötən ilin müvafiq ayı ilə müqayisədə 21,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə tikinti gipsinin istehsalı 2,8 dəfə, tikinti əhənginin istehsalı 52,4 faiz, sementin istehsalı 21,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 16,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 14,3 faiz artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı 10 faiz, tikinti kərpicinin istehsalı 11,6 faiz, asfaltın istehsalı 61,4 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan hazırlanan məmulatların istehsalı isə 62,2 faiz azalıb.