TRACECA-nın Azərbaycan hissəsində 38,4 milyon ton yük daşınıb

2021.02.18 15:18 (UTC+04:00)

Keçən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38,4 milyon ton, yük dövriyyəsi isə 9 milyard 254,3 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 20 milyon 656,4 min tonu və ya 53,7 faizi avtomobil nəqliyyatı, 12 milyon 820,2 min tonu və ya 33,3 faizi dəmir yolu nəqliyyatı, 5 milyon 14,8 min tonu və ya 13 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,8 faizini və ya 8 milyon 382,1 min tonunu tranzit yüklər təşkil edib.