Toxuculuq sənayesində istehsal 10,9 faiz artıb

2021.02.18 14:59 (UTC+04:00)

Ötən ay toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 39,3 milyon manat dəyərində məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə geyim istehsalında 10,3 faiz azalma, toxuculuq sənayesində 10,9 faiz, dəri və dəridən məmulatlar, ayaqqabıların istehsalında isə 3,9 faiz artım müşahidə olunub.