Neft qiymətləri pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

2021.02.18 14:42 (UTC+04:00)

ABŞ-da havaların kəskin soyuması neft hasilatına ciddi şəkildə təsir edib. Belə ki, ABŞ-da xam neft istehsalı 40 faiz azalıb. Nəticədə “Brent” markalı neftin bir barrelinin qiyməti 65 dolları keçərək pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. “Brent”in qiyməti ötən ilin yanvarından bəri ilk dəfə 65 dolları keçib.

Qeyd edək ki, ABŞ-da neft hasilatı 4 milyon barreldən çox azalıb. İstehsaldakı bu geriləmə onsuz da artmaqda olan qlobal neft bazarında dəstəkləyici rol oynayıb.
Neft qiymətləri cari ildə isə 26 faiz artıb. Səudiyyə Ərəbistanında neft hasilatına dair məhdudiyyətlərin tətbiqi qiymət artımında əsas rol oynayıb.

Analitiklər Səudiyyə Ərəbistanının aprel ayından etibarən hasilatı yenidən artıracağını gözləyir.