Külək elektrik stansiyalarında 9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib

2021.02.18 12:55 (UTC+04:00)

Cari ilin yanvar ayında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 25 faiz çox olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ay ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.