Emal sənayesində 1 milyard manatlıq məhsul istehsal edilib

2021.02.18 12:10 (UTC+04:00)

Yanvar ayında emal sənayesində 1 milyard 53,1 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,9 dəfə, içki istehsalında 4,8 faiz, qida məhsullarının istehsalında isə 3 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından duru bitki yağları 35,9 faiz, kolbasa məmulatları 24,9 faiz, kərə yağı istehsalı 2,4 faiz artıb, marqarin istehsalı 6,3 faiz, qənd və şəkər tozunun istehsalı isə 85,7 faiz azalıb.