Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 3 milyon 161,4 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 79,4 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və ay ərzində bu kəmərlə 2 milyon 509,3 min ton neft nəql edilib.
Ötən ay BTC ilə 276,1 min ton tranzit nefti də ötürülüb.