Keçən il elektron satınalmaların dəyəri 930 milyon manat olub

2021.02.17 12:10 (UTC+04:00)

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ildə keçirilən Dövlət satınalmaları üzrə statistik məlumatları təqdim edərək deyib.

O bildirib ki, bu, ümumi satınalmaların 14,2 faizinə bərabərdir. Satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90 faizdən çox təşkil edib. Müsabiqə əsaslı satınalmalar isə 2019-cu ilə nisbətən 31,2 faiz artıb.