Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ötən il 27,5 milyon manatadək maliyyə sanksiyası tətbiq edib

2021.02.17 11:52 (UTC+04:00)

2020-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunların pozulması ilə əlaqədar 27 milyon 427 min 141 manatadək maliyyə sanksiyası tətbiq edib.

Bu barədə Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

O bildirib ki, 2020-ci ildə antiinhisar, reklam qanunvericiliyinə və təbii inhisar subyektlərinə nəzarət üzrə göstəricilərə əsasən, antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə 6 işə baxılması başa çatdırılıb. Pozuntuların dayandırılması və aradan qaldırılması məqsədilə bazar subyektlərinə göstərişlə verilib. Hazırda 5 işə baxılması davam etdirilir.

M.Abbasbəyli qeyd edib ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun pozulması əlamətləri üzrə 2 işə baxılıb və 27 milyon 412 min 962 manat maliyyə sanksiyası tətbiq edilib. “Haqsız rəqabət haqqında” Qanunun pozulması əlamətləri üzrə isə 4 işə baxılıb və 14 min 179 manat maliyyə sanksiyası tətbiq olunub.