Fevralın 25-də Energetika Nazirliyi tərəfindən “Facebook” sosial şəbəkəsi vasitəsilə “Bərpaolunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək.
Nazirlikdən bildirilib ki, vebinarda günəş, külək, kiçik hidro, biokütlə, geotermal, dalğaların enerjisi kimi bərpaolunan enerji növləri və texnologiyaları, onlardan istifadə sahələri, əsas üstünlükləri, ətraf mühitə və ekologiyaya təsirləri haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
Vebinarda iştirak etmək istəyənlər aşağıda göstərilmiş “Facebook” səhifəsinə abonə ola və fevralın 25-də saat 18:00-da həmin səhifədən vebinara qoşula bilərlər: https://bit.ly/37Aegt9