“Azeri Light” neftinin bir bareli 63,68 dollara satılır

2021.02.17 11:20 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir brrelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 63,68 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.