Rusiya ilə Lüksemburq arasında vergi sazişinə dəyişikliklər gələn ildən qüvvəyə minəcək

2021.02.18 13:49 (UTC+04:00)

Rusiya ilə Lüksemburq arasında ikiqat vergitutmanın qarşısının alınmasına dair saziş 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Maliyyə nazirinin müavini Aleksey Sazanov bu barədə açıqlama verərək bildirib ki, Lüksembruqla imzalanmış vergi sazişi 2021-ci ildə əvvəlki redaksiyada tətbiq ediləcək. Buna səbəb Lüksemburq tərəfinin ikiqat vergitutmanın qarşısının alınmasına dair sazişdə dəyişiklik edilməsi barədə protokolu ratifikasiya etməməsidir. Protokol Rusiya tərəfindən artıq ratifikasiaya edilib. “Biz Lüksemburq tərəfin də sənədi ən yaxın vaxtlarda ratifikasiya edəcəyini gözləyirik, lakin bütün dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda denonsasiya qəbilindən olan hər hansı radikal addımın atılmasını müzakirə etmirik”, - maliyyə nazirinin müavini vurğulayıb.

A.Sazanov bir daha qeyd edib ki, dəyişiklik yalnız “tranzit” yurisdiksiyalarla sazişlərdə ediləcək, digər ölkələrlə imzalanmış sazişlərə isə yenidən baxılmayacaq.