Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.02.16 18:07 (UTC+04:00)

Fevralın 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105005885 ISIN-li, 45 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 86.6026 AZN (9 faiz) və 100.0000 AZN (7 faiz) olan 23 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.3826 AZN (7.89 faiz), orta ölçülmüş qiyməti 98.4532 AZN (7.8507 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 140 milyon 800 min 300 manat, yerləşdirilmiş həcmi isə 67 milyon 500 min manat təşkil edib. İstiqrazlar 2023-cü il fevralın 14-də ödəniləcək. Hərrac iştirakçıları fevralın 17-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.