Avrasiya İqtisadi İttifaqının 2020-ci il üzrə makroiqtisadi vəziyyətə həsr olunmuş hesabatında iqtisadiyyatın qabaqlayıcı artım tempinə nail olmaq üçün Avrasiya İqtisadi Komissiyasına (AAİK) islahat aparmaq təklif olunduğu vurğulanıb.
İslahat təkliflərində elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin bütün vergilərdən azad edilməsinin, eləcə də tətbiq etdikləri innovasiyalara görə şirkətlərə vergi mükafatı formasında əlavə vəsaitlər ödənilməsinin zəruriliyi qeyd olunub. Bundan əlavə, AAİK proqressiv texnologiyalara yönəldilən investisiyaları 5 dəfə artıraraq onun payının ümumi daxili məhsulun 1 faizindən 5 faizinə çatdırılmasını tövsiyə edib.
Təklif müəlliflərinin proqnozlarına görə, innvasiyaların inkişafının prioritetləşdilməsi ittifaq iqtisadiyyatına illik 4,5 faiz artım tempi gətirəcək.