İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu günədək 32 min 20 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 674 milyon 358,3 min manatdan çoxdur.