Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

2019.02.27 11:49 (UTC+04:00)

Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Ali qonağın şərəfinə rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.