İki ay ərzində Moldovanın Dövlət Vergi Xidməti onlayn operatorlarda apardığı yoxlamalar nəticəsində 200 min leydən (təxminən 19,9 min manat) artıq vəsait toplamışdır.
Bu müddət ərzində vergi müfəttişləri 117 yoxlama aparmışlar. Yoxlamalar zamanı səlahiyyətli orqanlar tərəfindən qeydiyyata alınmadan fəaliyyət göstərən mağazalar aşkar edilmişdir. Dövlət Vergi Xidməti 234 min leydən (23,3 min manat) artıq cərimə yazmışdır. Mobil telefon, avtomobil aksessuarları satışı, eləcə də avtomobil təmiri ilə məşğul olan müəssisələrdə yoxlamalar aparılmışdır. Vergi Xidmətinin məlumatına əsasən, bir il ərzində operativ vergi yoxlamaları nəticəsində səlahiyyətli orqanlarda qeydiyyata düşmədən sahibkarlıq fəaliyyəti göstərilməsi ilə bağlı 169 protokol tərtib edilmişdir.