Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək

2021.02.15 16:24 (UTC+04:00)

Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, qabaqcıl şirkətlərlə birgə iş qeyri-neft sahəsinin inkişafında, iqtisadiyyatın şaxələnməsi və rəqəmsallaşmasında faydalı olacaq, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq.