Pandemiyanın təsirlərinə baxmayaraq, 2020-ci ildə vergi ödəyicilərinin və obyektlərin sayında artım qeydə alınıb.
Bu barədə Dövlət Vergi Xidməti rəisinin müavini, xidmət rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli deyib.
Xidmət rəsmisi 2020-ci il ərzində ölkədə aktiv vergi ödəyicilərinin sayının 24 faizdən çox artaraq 616 mini ötdüyünü, o cümlədən aktiv vergi ödəyicilərinin sayında 17 faizdən çox artım olduğunu diqqətə çatdırıb.