İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu günədək 31 min 982 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 671 milyon 661,3 min manat təşkil edir.