İqtisadiyyat Naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videoformatda keçirilmiş konfransdakı çıxışında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar çərçivəsində sahibkarlara ümumilikdə 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib. Sahibkarlara verilən müddətli vergi tətillərinin həcmi isə 115 milyon manat təşkil edib.
Pandemiyanın zərərlərini azaltmaq məqsədilə sahibkarlara güzəştli kreditlərin ayrılması proqramı çərçivəsində 170 milyon manat həcmində güzəştli kredit verilib.