formatında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasının həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, həmçinin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi tərəfindən birgə bəyanat qəbul edilib.
Energetika Nazirliyindən bildirilib ki, bəyanatda deyilir: “2021-ci il 11 fevral tarixində videokonfrans formatında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı strateji enerji tərəfdaşlığını təsdiq edir, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını və Azərbaycandan Avropa İttifaqına qaz təchizatının başlanmasını alqışlayır. Bu tarixi nailiyyət 3500 kilometr uzunluğunda dəyər zənciri boyu hökumətlər, beynəlxalq təsisatlar, maliyyə-kredit təşkilatları, hasilat və nəql sistemlərinin operatorları, podratçı şirkətlər, icmalar və yerli hakimiyyət orqanları arasında möhkəm əməkdaşlıq əsasında qurulub.
Biz Cənub Qaz Dəhlizini Azərbaycan Respublikasındakı “Şahdəniz” yatağından qazın Avropaya təhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli tədarükünü təmin edən mühüm yeni ötürücü sistem kimi qəbul edirik. Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, Avropa enerji bazarına inteqrasiyasının daha da asanlaşdırılmasına, Cənubi və Mərkəzi Avropadan keçən qaz şəbəkələrinin əlaqələndirilməsi ilə bağlı fəaliyyətə töhfə verən strateji hədəfə xidmət edir.
Avropaya qazın şaxələndirilmiş, sabit, təhlükəsiz şəkildə tədarükünü təmin etmək və daha böyük iqtisadi tərəfdaşlıq imkanlarından faydalanmaq məqsədi daşıyan Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə bağlı uzunmüddətli öhdəliyin yerinə yetirilməsində Azərbaycan Respublikası Hökumətinin fundamental rolunu vurğulayırıq.
Biz Cənub Qaz Dəhlizinin texniki, tənzimləyici və kommersiya imkanlarına əsaslanan yeni enerji bazarlarına doğru genişlənmə potensialının araşdırılmasına yönəlmiş bütün maraqlı tərəflərin, o cümlədən karbonsuz enerji sisteminə keçid istiqamətində irəliləyişlərinə töhfə verəcək Qərbi Balkan ölkələrinin səylərini dəstəkləyirik”.