Vergi sisteminin postpandemiya dövrü müzakirə edilir

2021.02.12 11:21 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkil etdiyi konfransda pandemiyanın sahibkarlıq subyektlərinə təsiri və postpandemiya dövründə vergi sistemi üçün çağırışların müzakirə edilməsi nəzərdə tutulub.

Tədbirdə sahibkarlıq subyektlərinin daha fəal iştirak edəcəyi gözlənilir.

Müzakirələrdə iş adamlarının pandemiya müddətində qarşılaşdıqları çətinliklər və çıxış yolları, vergi sahəsində qarşılaşdıqları məsələlər, həmçinin vergi qanunvericiliyinə dair sualları və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklifləri müzakirə ediləcək.