Keçən ay OPEC-in sutkalıq neft istehsalı 25,4 milyon barel olub

2021.02.11 16:10 (UTC+04:00)

Yanvar ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı əvvəlki ayla müqayisədə 240 min barrel artaraq sutkada 25 milyon 450 min barrelə yüksəlib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, hazırda olduğu kimi, qeyri-OPEC ölkələrinin daha çox məhsul çıxarması ilə qlobal neft hasilatı 2021-ci ildə 1,6 milyon barreldən çox arta bilər. “OPEC+” 2020-ci ildəki rekord istehsal məhdudiyyətlərini yenə də davam etdirir və Liviyada isə hasilatın bərpası yaxşılaşır.