Yanvar ayında qlobal neft təklifi ötən ilin dekabr ayı ilə müqayisədə orta hesabla 580 min barel artaraq gündəlik 93 milyon 600 min barel təşkil edib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, ötən ay neft tədarükü 2020-ci ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb. Lakin 2019-cu ilin eyni ayına nisbətən neft tədarükündə 7,1 milyon barrel azalma var. Bununla yanaşı, Səudiyyə Ərəbistanının neft hasilatını könüllü azaltması nəticəsində fevral ayında qlobal tədarükün azalacağı gözlənilir.
Yanvarda Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft istehsalı isə 320 min barel çoxalaraq sutkada 62 milyon 940 min barel olub.