Bakı Fond Birjasının nizamnamə kapitalı artırılıb

2021.02.10 15:57 (UTC+04:00)

Bakı Fond Birjası” QSC-nin (BFB) dayanıqlı inkişafını təmin etmək məqsədilə səhmdarların növbədənkənar ümumi yığıncağının qərarı əsasında səhmlərin nominal dəyəri bölüşdürülməmiş mənfəət hesabına 200 manatdan 800 manata qaldırılıb.

BFB-dən bildirilib ki, səhmlərin nominal dəyərinin artması nəticəsində Bakı Fond Birjasının nizamnamə kapitalının dəyəri 1 milyon 260 min manatdan 5 milyon 40 min manata yüksəlib.

Qeyd edək ki, hazırda BFB-nin 20 səhmdarı mövcuddur.