Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.02.10 14:31 (UTC+04:00)

Fevralın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50100889S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 99.5167 AZN (6.24 faiz) və 99.5543 AZN (5.76 faiz) olan 21 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371 milyon 103 min 200 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar martın 10-da ödəniləcək.