Azərbaycanda əmtəəlik təbii qaz hasilatı artıb

2021.02.10 14:14 (UTC+04:00)

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 7,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar ayında 3,6 milyard manatlıq və ya 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 3,4 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,4 faiz azalması hesabına baş verib.

Sənaye məhsulunun 64,9 faizi mədənçıxarma sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4 faiz azalıb, əmtəəlik qaz istehsalı 7,9 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 faiz artıb.