Yanvarda Gömrük Komitəsi büdcəyə 282,7 milyon manat köçürüb

2021.02.10 13:15 (UTC+04:00)

Yanvarda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 282 milyon 736 min manat olub.

Komitədən bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 77 milyon 124 min manat, əlavə dəyər vergisi üzrə 193 milyon 741 min manat, aksizlər üzrə 9 milyon 107 min manat, yol vergisi üzrə isə 2 milyon 763 min manat təşkil edib.