“Azeri Light” neftinin bir bareli 61,69 dollara satılır

2021.02.10 11:40 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 61,69 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.

“Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.