Mərakeş parlamenti Türkiyə ilə sərbəst ticarət sazişinə dəyişikliyi təsdiq edib

2021.02.13 12:49 (UTC+04:00)

Mərakeş parlamentinin rəsmi açıqlamasında Türkiyə, eləcə də bir sıra digər ölkələr ilə imzalanmış sərbəst ticarət sazişindəki dəyişiklilərin təsdiqləndiyi barədə məlumat verilib.

Açıqlamada dəyişikliyin Türkiyədən idxal olunan bəzi sənaye məhsullarına 5 il müddətinə gömrük vergisi tətbiq etməyə imkan verdiyi, bu müddət bitdikdən sonra isə hər iki ölkəni təmsil edən komissiyaların görüşərək vəziyyəti qiymətləndirəcəyi bildirilib.

Qeyd edək ki, Mərakeşin Türkiyədən idxal etdiyi malların dəyəri 2019-cu ildə 18 faiz artaraq 2,3 milyard dollara çatmışdı. Eyni dövrdə Mərakeşdən Türkiyəyə ixrac edilən malların ümui dəyəri isə cəmi 700 min dollar olmuşdu.

İki ölkə 2020-ci ilin avqust ayında mövcud saziş üzərində dəyişikliyin aparılması barədə razılığa gəlmişdi.