Özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir

2021.02.09 15:12 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Allahverdiyev Azad Səxavət oğlunun ailəsini Füzuli rayonunda ziyarət edərək sosial vəziyyətini öyrəniblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azad hazırda müddətdən artıq hərbi xidmətdədir. Anası daimi əmək müqaviləsi əsasında işləyir, qardaşı isə məktəblidir. Qazinin həyat yoldaşı və iki azyaşlı övladı var.

Onların istəkləri nəzərə alınaraq ailə üçün özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılması qərara alınıb. Bunun üçün yaxın vaxtlarda onlara aktivlər veriləcək.