Sahibkarlığın İnkişafı Fondu (SİF) 4 mərhələdə bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.
Bu barədə Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Kənan Nəcəfov deyib.
“Yaxın vaxtlarda ilkin mərhələyə başlanılacaq. Dövriyyə kapitalı üçün kreditlərin ayrılması nəzərdə tutulur. Lizinq mexanizminin də təklif olunacağı gözlənilir. İlkin mərhələdən sonra digər yeni kredit alətləri təklif olunacaq”, - deyə K. Nəcəfov qeyd edib.