Türkiyədə fəaliyyət göstərən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunacaq XXIV Avrasiya İqtisadi Zirvə toplantısının keçirilmə vaxtı açıqlanıb.
“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib ki, 2021-ci il iyulun 7-9-da İstanbulda təşkil olunacaq zirvə toplantısının üzbəüz və onlayn olmaqla iki formatda keçirilməsi planlaşdırılır. Builki toplantıda hər sahə üzrə, xüsusilə iqtisadi, enerji, səhiyyə, iqlim və telekommunikasiya istiqamətlərində dünyanın qabaqcıl elm adamları, akademiklər və siyasətçilərin iştirakı ilə qlobal dünyadaki ən vacib mövzular müzakirə olunacaq.