Bu il sahibkarlara 130 milyon manat güzəştli kredit veriləcək

2021.02.09 12:45 (UTC+04:00)

2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Kənan Nəcəfov deyib.

“Bununla yanaşı, pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 milyon manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 milyon manat məbləğində dövlət zəmanətinin və 58 milyon manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır”, - deyə K.Nəcəfov diqqətə çatdırıb.