Yaponiyanın Baş naziri Şinzo Abe gələn ilin oktyabrında istehlak vergisi qaldırıldıqdan sonra nağdsız ödənişlərdən istifadə edən alıcılara həmin verginin beş faizinin toplanmış xallar şəklində qaytarılması təklifi ilə çıxış edib.
O, bu ideyanı vergilərin qaldırılmasından sonra istehlak xərclərinin amortizasiyasını azaltmaq çərçivəsində hökumətin həyata keçirmək istədiyi tədbirlərlə əlaqədar olaraq irəli sürüb. Gələn ilin oktyabrında istehlak vergisinin indiki 8 faizdən 10 faizədək artırılması nəzərdə tutulur. Ş.Abe bu təklifini hakim Liberal Demokratik Partiyanın siyasi rəhbəri Fumio Kişida ilə görüşü zamanı bəyan edib. Baş nazir bildirib ki, 5 faiz geri ödəniş proqramı 9 ay - 2019-cu ilin oktyabrından 2020-ci ilin iyununadək davam edəcək. Xatırladaq ki, bundan bir qədər sonra Tokioda Olimpiya və Paralimpiya Oyunları keçiriləcək. İndiyədək Yaponiya hökuməti bəyan edirdi ki, 2 faizlik verginin xallar şəklində toplanaraq gələcək alış-veriş üçün istifadə edilməsi məsələsini araşdırır.